Uncategorized

Amerika Ticarət Palatasının (AMCHAM) birğə təşkilatçılığı ilə oktyabrın 5-də BŞH Akademiyasında “Bakı Şəhər Halqası”, Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil edilib.

Yarmarkada ölkədə fəaliyyət göstərən nüfüzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək,ətraflı məlumat verdilər. Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib. Azorel MMC olaraq bizdə bu tədbirdə yer aldıq. Bu fəaliyyətimizlə ölkədə həyata keçirilən gənclər siyasətinə dəstəyimizi göstərməyə çalışdıq.Yarmarka iştirakçılarına zavodumuz haqqında ətraflı və dolğun məlumat verildi. Məqsəd,gənclərlə şirkətimiz arasında əlaqə yaratmaq,CV-ləri birbaşa zavodumuza təqdim etmək,karyera qurmaq istiqamətində fəaliyyətlərini düzgün planlaşdırmaq,işə qəbul prosesləri ilə tanış etməkdir.

Ümumilikdə 900-ə yaxın gənc sözügedən tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmış oldu.