Uncategorized

21 sentyabr 2018-ci il tarixində Azorel Qazma Məhlulu Zavodunun fəaliyyətinin bir ili qeyd olundu

21 sentyabr 2018-ci il tarixində Azorel Qazma Məhlulu Zavodunun fəaliyyətinin bir ili qeyd olundu. Qısa zaman kəsiyində,beynəlxalq aləmdə aparıcı şirkətlərlə əməkdaşlıq qurmuş və bir çox uğurlara imza atmışıq.

Dövlət əhəmiyyətli BULLA-6-113 və Ümid-1 16 qaz yataqlarının qazma məhlulunun mühəndislik xidmətini uğurla aparırıq .Hal hazırda qazma işləri sona çatmaqdadır.

Zavodun təkminləşməsi üçün yeni avadanlıqların alınması,ərazinin yaşıllaşdırılması işlərinin aparılması,sahənin genişləndirilməsi,yeni əməkdaşların işə cəlb olunması gördüyümüz işlər arasındadır. Əlbəttə ki ,çətinliklərimizdə az olmayıb,amma peşəkar mütəxəssislər və dinamik işçi qrupu sayəsində bütün sınaqlardan layiqincə çıxmışıq.

Azorel MMC-nin bir illiyi münasibəti ilə,bütün kollektivi və partnyorlarımızı təbrik edir,onlara can sağlığı,yüksək rifah halı,işlərində davamlı və dayanıqlı inkişaf arzu edirik!