Uncategorized

Azorel MMC 2021-ci ilin sentyabr ayında Ümid yatağının U1-20 quyusu üzrə tenderi qazanmışdır.

Ümid – 1 platformasında 20 saylı quyunun dərinliyi 6545 metrdir. Azorel MMC və UBOC arasında bağlanmış müqaviləyə əsasən şirkətimiz quyuda qazma məhlulu xidmətləri üzrə əsas işləri və çıxan tullantıların idarə olunması xidmətlərini öz üzərinə götürmüşdür. Layihə üzrə hədəf planımız:keyfiyyətli qazma məhlulunun quyudaki vəziyyətə uyğun və vaxtında platformaya çatdırılması, məhlul göstəricilərin tənzimlənməsi üçün beynəlxalq keyfiyyət standartlarına cavab verən reagentlərlə təchizat, yüksək ixtisaslı mütəxəssislər tərəfindən özüldəqazma məhlulu xidmətinin göstərilməsi, qazma zamanı yaranan qazma şlamının utilizasiya mərkəzinə daşınması və utilizasiyası, qazma şlamı konteynerlərin təchizatı. Layihənin ehtimal olunan bitmə tarixi 2023-ci il may ayında nəzərdə tutulmuşdur.