Uncategorized

Azorel şirkəti “Bulla-dəniz” neft-qaz yatağı 117 nömrəli quyu üzrə “Qazma məhlulu və mühəndislik xidmətləri” tenderinin qalibi elan olunmuşdur.

Müqavilə Azorel MMC və SOCAR-AQŞ MMC şirkətləri arasında imzalanmışdır və müqaviləyə qazma məhlulu hazırlanması və qarışdırılması, kimyəvi qatqı maddələrinin təchizatı və yatağda mühəndis xidmətinin və avadanlığının təminatı daxildir. Bulla-6 117 nömrəli quyunun qazılacaq dərinliyi 5950 metr təyin olunmuşdur.