Haqqımızda

Xəzər dənizinin Bakı sahilində yerləşən Azorel Qazma Məhlulu Zavodu, qazma məhlullarının istehsalını və qazma üçün mühəndislik xidmətlərinin göstərilməsini həyata keçirir. Hal-hazırda zavodumuzda 10 000 bareldən artıq tutumu olan maye çənləri, 1000 ton tutumu olan barit çənləri və hər biri 500 barel olan iki ədəd qarışdırma çəni mövcuddur. Məhlul zavodu Halliburton Avrasiya ilə imzalanmış birgə Əməkdaşlıq Sazişinə əsasən fəaliyyət göstərir. Hal-hazırda biz UMİD və BULLA dəniz qaz yataqlarında iki qaz və qaz-kondensat quyuları üzrə SOQAR AQŞ üçün qazma məhlulu xidmətlərini və baritin Günəşli neft yatağına çatdırılmasını təmin edirik.

Halliburton ilə əməkdaşlıq çərçivəsində biz, qazma və tamamlanma məhlulları üzrə səriştəli və təcrübəli mühəndislərin təmin edilməsini, məhlulun sınaqdan keçirilməsi üçün tələb olunan avadanlıqlara texniki xidmətin göstərilməsini və texniki yardımı həyata keçiririk. Bizim SƏTƏM ilə bağlı yanaşmamız hərtərəfli bir sistemin təmin edilməsi üçün profilaktik tədbirlərin, çatdırılmanın, monitorinqin və təkminləşmənin tam dövrəsini əhatə edir. Azorel MMC gələcəkdə genişləndirilmə perspektivi olan böyük bir boş əraziyə malikdir.

Şirkətimiz həmçinin, qazma sahəsində əməliyyatlar üçün tələb olunan müxtəlif qazma avadanlıqlarının təchizatında xüsusi təcrübəyə malikdir.

Azorel MMC, Swire Oilfield Services ilə birgə Yük Daşıma Vasitəsi (CCU) məhsulları, modul sistemləri, aksesuarlar və sertifikatlaşdırma, sınaq və yoxlama, texniki xidmət və təmir kimi CCU ilə əlaqəli xidmətlər daxil olmaqla geniş spektr dəniz yük daşıma həllərini təmin edir. Dəniz və quruda olan konteynerlərimiz 300-dən çox müxtəlif dizaynı əhatə edir. Texniki bilik və təcrübəyə əsaslanaraq biz yüksək keyfiyyətli təftiş xidmətlərini, dağıtmadan yoxlama testlərini, texniki xidmət və təmiri təmin edirik.

Azorel MMC, “Umid Babek Operating Company” tərəfindən elan olunmuş UMID-1 18 quyusunda Tullantıların İdarə Edilməsi Xidmətlərinin göstərilməsi üzrə tenderdə iştirak edib və qalib gəlmişdir.
Hal-hazırda, Azorel MMC, “Umid Babek Operating Company” üçün Ümid-1 18 quyusu üzrə Tullantıların İdarə Edilməsi Xidmətlərini tam təmin etməkdədir. Tullantıların İdarə Edilməsi Xidmətləri, həm dənizdə, həm də quruda yaranan təhlükəli / təhlükəsiz tullantıların daşınmasını və utilizasiyasını, Azorel Qazma Qutularının və Tullantı Konteynerlərin DNV standartlarına uyğun təchizatını əhatə edir.