22 fevral 2019-cu il tarixində,rəsmi partnyorumuz Halliburton-nun təşəbbüsü ilə ADNSU-nin tələbələri üçün, zavodumuzla tanışlıq fürsəti yaradıldı

Səfər zamanı tələbələr müxtəlif avadanlıq və alətlərlə,onların iş prinsipləri ilə tanış olmaq şansı əldə etdilər. Zavodumuzun sənaye mütəxəssisləri qazma məhlulunun hazırlanması, idarə olunması üsulları və proses təhlükəsizliyi barədə tələbələrə ümumi məlumat verdilər. Səfərin sonunda, şirkətimiz tərəfindən tələbələrə hədiyyələr təqdim edildi.