Azorel MMC ISO 9001:2015 Beynəlxalq Keyfiyyət Sertifikatını əldə etdi!
“İSO 9001-2015” sertifikatını almaq üçün şirkətimiz bir sıra mühüm qərarlar qəbul edərək onun icrasını təmin etmişdir. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyəti prosesinin təkmilləşdirilməsi, daxili audit sisteminin formalaşdırılması və daxili audit kadrlarının yetişdirilməsi və s. daxildir.
Sertifikatlaşdırma prosesini biz, Sınaq, Təftiş və Sertifikatlaşdırma sahəsində beynəlxalq lider olan Intertek şirkətinə həvalə etdik. Intertek idarəetmə sistemimizi nəzərdən keçirdi və standartlara uyğunluğu təsdiq edərək, müstəqil üçüncü tərəf mütəxəssis kimi sertifikat təqdim etdi. Bu da öz növbəsində keyfiyyətə bağlılığımızın hər bir işimizə nüfuz etdiyini nümayiş edir.
ISO 9001:2015-in akkreditasiyası istiqamətində işləmək qərarımız, müştərilərimizə yüksək keyfiyyətli məhsul və xidmətlərin təmin edilməsi üçün atılan önəmli addımlardan biridir, eləcə də texnologiyalara və inkişafa davam edən investisiyaların göstəricisidir.